16 C
Baku
Sunday, November 3, 2024

“Medera Hospital” barəsində protokol tərtib edildi

“Medera Hospital” MMC-yə cərimə yazılıb.

Banker.az xəbər verir ki, xəstəxana barədə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İXM-in 491.1-ci maddəsinə görə, inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər