Media Əlaqələri üzrə Mütəxəssis – Nar Mobile

Media Əlaqələri üzrə Mütəxəssis

Vakansiya haqqında

Şirkət : Azerfon
Şöbə : İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Vasitələri
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 04.10.2018

Sizin əsas vəzifə və öhdəlikləriniz

* İctimaiyyətlə Əlaqələr strategiyasının icra edilməsi
* Məqalə, korporativ yazılar, nitqlərin, aylıq və illik hesabatların və digər məlumatların yazılması və redaktə edilməsi
* İllik təqvimin hazırlanması və müvafiq təşəbbüslərin irəli sürülməsi
* Agentliklərlə  əməkdaşlığın idarə olunması
* Media hesabatlarının təhlili və təkliflərin hazırlanması
* Media yerləşdirmə planına nəzarət

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Humanitar Elmlər, Marketinq, İctimaiyyətlə Əlaqələr və ya Media ilə əlaqəli Ali təhsil
* İctimaiyyətlə Əlaqələr, Korporativ Ünsiyyət Vasitələri və ya Media sahəsində ən azı 3 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Analitik düşüncə
* Təzyiq altında işləmə və eyni zamanda bir neçə layihəni idarə etmək qabiliyyəti
* Ünsiyyət bacarığı
* Qeyri-iş saatlarında işləmə imkanı
* Təşəbbüskarlıq
* MS Office  proqramlarını bilmək
* Azərbaycan, İngilis və Rus dillərini səlis bilmək
* Səfər etmə imkanı

Müraciət etmək üçün

CV-nizi [email protected]  e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Media Əlaqələri üzrə Mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər