Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Biz Media Təqib Mərkəzinə istinadən banklarla bağlı sentyabr ayı üzrə məlumatları təqdim edirik.
2016-ci ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 22582 xəbər yerləşdirilib ki, bunlardan 12427 xəbərdə söhbət konkret bankdan gedib: 12081 xəbər neytral, 346 xəbər isə mənfidir.
Mənfi xəbərlər arasında “liderlər”: Bank Standard (103 xəbər – Azərbaycanda daha bir bankın lisenziyası ləğv edildi), Zaminbank (69 xəbər – Zaminbank müflis elan edilə bilər), Expressbank (63 xəbər – hakerlər Azərbaycanlı sahibkarın bank hesabını qarət etdi).
Xəbər sayına görə sıralama:
Azərbaycan Beynəlxalq Bankı | 2324 xəbər |
Kapital Bank | 796 xəbər |
AFB Bank | 651 xəbər |
Bank of Azerbaijan | 535 xəbər |
Texnika Bank | 469 xəbər |
Zaminbank | 400 xəbər |
KredoBank | 385 xəbər |
Azər-Türk Bank | 359 xəbər |
Bank Standard | 357 xəbər |
Nikoil Bank | 356 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2049 xəbər dərc edilib, bu xəbərlərdən 777 xəbərdə konkret bankın adı çəkilib – 773 xəbər neytral, 4 xəbər isə mənfidir.
Mənfi xəbərlər: Beynəlxalq Bank (2 xəbər – bankın əməkdaşı müştərinin sirrini yayıb), Zaminbank (2 xəbər – Zaminbank müflis elan edilə bilər).
Xəbər sayına görə sıralama:
Azərbaycan Beynəlxalq Bankı | 248 xəbər |
Kapital Bank | 78 xəbər |
AFB Bank | 52 xəbər |
Texnika Bank | 31 xəbər |
PAŞA Bank | 24 xəbər |
Bank Standard | 20 xəbər |
Rabitəbank | 18 xəbər |
Zaminbank | 17 xəbər |
Qafqaz İnkişaf Bankı | 16 xəbər |
KredoBank | 16 xəbər |
Sentyabr ayında televiziya kanallarında banklar haqqında 81 xəbər göstərilib – 51 xəbərdə konkret bankı adı hallanıb: xəbərlərdən 46-sı neytral, 5-i isə mənfi xəbərdir.
Mənfi xəbərlər Bank Standarda (5 xəbər – lisenziyası ləğv olunub) məxsusdur.
Xəbər sayına görə sıralama:
Kapital Bank | 37 xəbər |
Bank Standard | 5 xəbər |
Azərbaycan Beynəlxalq Bankı | 4 xəbər |
Xalq Bank | 2 xəbər |
Azər-Türk Bank | 2 xəbər |
Nikoil Bank | 1 xəbər |
Modern.az