Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.
Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və peşəkar inkişafı üçün şirkətimiz lazımı şərait yaradır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.
Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır.
Media Satınalması üzrə Mütəxəssis
Əsas Vəzifə və Öhdəliklər:
• Şirkətin internet, küçə reklamları və yazılı mətbuatda yerləşdirilən reklamlarının satınalması və yerləşdirilməsi prosesini tam olaraq idarə etmək
• Yerli bazarda rəqiblərin reklam yerləşdirməsi dinamikasının monitorinqini aparmaq, performansını təhlil etmək və bu istiqamətdə rəqiblərdən öndə olmaq üçün həll yollarını təklif etmək
• Reklam satınalması və yerləşdirilməsi sahəsində olan qlobal yenilikləri/trendləri araşdırımaq və yerli bazarda tətbiq oluna biləcək ideyalar irəli sürmək
• İnternet, küçə reklamları və yazılı mətbuatda reklam yerləşdirməsinin effektivliyini artırmaq, xərclərin azaldılması və daha geniş auditoriyanı əhatə etmək məqsədi ilə davamlı araşdırmalar aparmaq
• Rüblük olaraq satınalma və yerləşdirmənin optimizasiyası layihələrini hazırlamaq və tətbiq etmək
• Şirkətin reklam yerləşdirməsi sahəsində əldə etdiyi nailiyyətlər haqqında aylıq, rüblük və illik hesabatlar hazırlamaq
• Küçə reklamları, internet və yazılı mətbuat reklam daşıyıcılarına xərclənən büdcəyə, həmçinin bu məbləğlərin kampaniya və layihələr üçün ayrılmış büdcə limitini aşmamasına nəzarət etmək, davamlı və ehtiyac yarandığı halda maliyyə hesabatlarını təqdim etmək
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü
• Davamlı təkmilləşmə
• Azərbaycan, İngilis və Rus dillərini mükəmməl bilmək
• İnternet, yazılı mətbuat və küçə reklamları üzrə yerli bazarı yaxşı anlama bacarığı
• MS Office Proqramlarını bilmək
Tələb olunan təhsil və iş təcrübəsi:
• Riyaziyyat, İqtisadiyyat, Menecment və Marketinq üzrə Ali Təhsil
• Müvafiq sahədə 2-3 il iş təcrübəsi (Reklam Agentliklərində işləmə təcrübəsi üstünlük hesab olunur)
Əlavə məlumat:
İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 08/11/2016
Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.
Başlıqda Media Satınalması üzrə Mütəxəssis qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.