22 C
Baku
Monday, May 27, 2024

Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydasında dəyişiklik edilib

Nazirlər Kabineti “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Banker.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, qaydada öz əksini tapmış bəndlərdən biri ləğv olunub. Ləğv olunan bənd aşağıdakıdır:

“Bu Qayda tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda tətbiq edilmir”.

Belə ki, Qaydanın 1.3-cü bəndində həmin Qaydanın tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda tətbiq edilmədiyi qeyd edilirdi. Belə olan halda Qaydalarda müəyyən edilən subyektlər dairəsi mediasiya üçün müraciət edərkən qarşı tərəfin iştirak etməməsinə görə mediasiya xərcinin öz hesabına ödənilməsi məcburiyyətində qalır və Qanunun qeyd edilən imtiyazından istifadə edə bilmirdi. Mövcud uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Qaydanın 1.3-cü bəndi ləğv edilib.

Qeyd edək ki, mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərə aşağıdakılar aiddir:

– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslər.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər