MediaTek və Samsung şirkətləri Çinin texnologiya nəhəngi olan “Huawei” smartfonları üçün 5G çiplərini istehsal edəcək.
Bu barədə “DigiTimes” məlumat yayıb.
Məlumata əsasən, “Huawei” və ABŞ şirkətləri arasında davam edən gərginliyə görə, Çin təmsilçisi qərbdən asılılığı azaltmaq üçün yeni əməkdaşlar axtarır.
Hazırda isə dünya üzrə 4 nəhəng şirkət smartfonlar üçün 5G çiplərini istehsal edir. Bunlara Qualcomm, MediaTek, Samsung və Huawei də daxildir. Huawei şəxsi HiSilicon Kirin 5G çiplərini hazırlayır, TSMC isə onları istehsal edir.
Çinin texnologiya nəhəngi əməkdaşlıq siyahısını genişləndirmək istəyir. Şirkət Samsung və MediaTek kompaniyalarını potensial istehsalçı qismində görür.
Qeyd edək ki, bu yaxınlarda Qualcomm şirkətinin vitse-prezidenti 5G bazarının koronavirusa görə zəiflədiyini bildirmişdi. Bu isə növbəti bazar canlanmasında çoxlu sayda 5G çiplərinin sifarişi deməkdir.
Analitiklər hesab edirlər ki, Huawei-in də bu sahədə sifarişi artacaq və ona mütləq şəkildə yeni əməkdaşlıq üçün partnyorlar lazımdır.
©Ted