10 C
Baku
Thursday, December 12, 2024

“Medicare Klinikası”na 30 min manatadək cərimə protokolu yazılıb

“Medicare Klinikası” MMC-yə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) ilə inzibati protokol tərtib olunub.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.

İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə görə lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2 min manatdan 3 min manatadək məbləğdə, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək məbləğdə, hüquqi şəxslər 20 min manatdan 30 min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər