14 C
Baku
Saturday, November 23, 2024

Medvedev: “ABŞ Rusiyaya müraciət edəcək”

“Hazırki vəziyyət soyuq müharibə dövründəkindən daha təhlükəli görünür”.

Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş Prezident Dmitri Medvedev teleqram kanalında yazıb.

“Mən bunu bir daha qeyd edəcəm. İndi vəziyyət soyuq müharibədən qat-qat pisdir. Çox pis! Biz isə bunda günahkar deyilik”,- o yazıb.

Medvedev vurğulayıb ki, ABŞ, gözlədiyi kimi, 2026-cı ildə başa çatan Strateji Hücum Silahlarının məhdudlaşdırılması haqqında START-3 müqaviləsinin yenilənməsi üçün Rusiyaya müraciət edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər