13 C
Baku
Şənbə, May 21, 2022

Medvedev: “Putin Sovet ölkələrinə sülh gətirmək üçün Ukrayna əməliyyatını başladıb”

Rusiyanın keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev Vladimir Putinin hədəfini açıqlayıb.

Banker.az xəbər verir ki, Medvedev Telegram-da açıqlama verərək, Putinin bu əməliyyatı Sovet ölkələri və Ukraynaya sülh gətirmək üçün başlatdığını iddia edib. Medvedev Ukraynada Sovet İttifaqının dağılmasından sonra nasistlərin, qatillərin və onların tərəfdarlarının Rusiyafobiyanı qarışdırdığını və Putinin əməliyyatla nasistləri bu bölgələrdən təmizlədiyini bildirib.

Medvedev daha sonra Rusiyanın məqsədini açıqlayıb və belə əlavə edib ki, “Biz Ukraynada gələcək nəsillərə sülh gətirməyi və Vladivostokdan Lissabona qədər uzanan bir Avrasiya qurmağı hədəfləyirik”.

Son xəbərlər
Oxşar xəbərlər