12 C
Baku
Saturday, November 23, 2024

Medvedev: “Qarabağ məsələsini Türkiyə ilə də müzakirə etməliyik”

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi uzunmüddətli siyasətin elementi deyil, ümumi sabitliyin elementidir. Sadəcə regiondakı reallığı qəbul etməliyik. Reallıq isə ondan ibarətdir ki, bu məsələni Türkiyədən olan tərəfdaşlarla da müzakirə etmək lazımdır”.

Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev bildirib.

“Türkiyə bizim qonşumuz və yaxın tərəfdaşımızdır. Azərbaycan üçün də çox yaxın ölkədir. Bu amili nəzərə almamaq mümkün deyil”, – o vurğulayıb.

Onun sözlərinə görə, Moskva və Ankara arasında məhsuldar dialoq qurulub, iki ölkənin prezidentiləri bu məsələni müntəzəm müzakirə edir, işlərin ümumi vəziyyətinə xüsusi nəzarət mərkəzinin yaradılması qərarı qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər