26 C
Baku
Thursday, May 30, 2024

Medvedev Rusiyanın 4 halda nüvə silahı tətbiq edə biləcəyini söyləyib

“Rusiyanın nüvə silahını istifadə etməsi üçün bir neçə əsası var. Bütün bu əsaslar müvafiq sənəddə öz əksini tapıb və bu ölkənin öz suverenliyini qorumaq qətiyyətini nümayiş etdirir. Amma istənilən çətin vəziyyətdə ən doğrusu danışıqlardı”.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA Novosti-yə müsahibəsində söyləyib.

O, ölkəsinin 4 halda nüvə silahı tətbiq edə biləcəyini vurğulayıb.

O, Rusiyaya nüvə təyinatlı raketlərlə zərbələr endirildikdə, Rusiyaya yaxud müttəfiqlərinə nüvə bombası ilə zərbələr endirildikdə, ölkənin nüvə qüvvələrinin fəaliyyətini iflic edə biləcək vacib infrastruktura hücum olunduqda və nəhayət ölkənin mövcudluğunu təhlükə altına alacaq hücum gerçəkləşdikdə Moskvanın nüvə silahından istifadə edə biləciyini söyləyib.

Sonuncu halda o, Rusiyaya hücumun adi silahlarla gerçəkləşsə belə, nüvə silahı tətbiq olunacağını əlavə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər