2 C
Baku
Saturday, December 14, 2024

Medvedev silah tədarükü ilə bağlı İsrailə xəbərdarlıq edib

İsrail Ukraynaya silah tədarük etsə, Rusiya-İsrail dövlətlərarası münasibətləri məhv olacaq.

Bunu Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

“İsrail deyəsən Kiyev rejiminə silah tədarük etməyə hazırlaşır. Bu ehtiyatsız addımdır. Ölkələrimiz arasında bütün dövlətlərarası münasibətləri məhv edəcək. Bandera həvəskarlarının nasist olduğu və elə də qaldığı həqiqətindən danışmıram. Sadəcə müasir əlaltılarının simvolikalarına baxmaq kifayətdir. Əgər onlara silah verilərsə, o zaman İsrailin Bandera və Şuxeviçi öz qəhrəmanları elan etməsinin vaxtı çatıb”, – Medvedev qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər