9 C
Baku
Thursday, December 12, 2024

Medvedev: “Ukrayna Krıma zərbələr endirsə, danışıqlar olmayacaq”

Ukraynanın Krıma zərbələr endirəcəyi təqdirdə, danışıqlar olmayacaq. Yalnız Kiyevin nəzarətində olan bütün ərazilərə qısas zərbələri endiriləcək.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Bu halda heç bir danışıqlar olmayacaq, yalnız qisas zərbələri olacaq. Kiyevin nəzarəti altında qalan bütün Ukrayna yanacaq. Bizim cavabımız hər şey ola bilər. Bu barədə Rusiya prezidenti qəti şəkildə deyib”, – Medvedev Krıma zərbələr endirməklə Rusiyanın Ukrayna ilə danışıqlara məcbur olub-olmayacağı ilə bağlı suala cavabında deyib.

Medvedev izah edib ki, Rusiya özünə heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq doktrinal sənədlərə, o cümlədən nüvə təhlükəsinin qarşısının alınmasının əsaslarına uyğun olaraq bütün növ silahlardan istifadə etməyə hazırdır.

“Sizi əmin edə bilərəm: cavab tez, sərt və inandırıcı olacaq”, – deyə siyasətçi əlavə edib.

Son xəbərlər
Digər xəbərlər