Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın müttəfiqlərinə xəbərdarlıq edib.
Medvedev bildirib ki, adi müharibədə nüvə nəhənginin məğlubiyyəti nüvə müharibəsinə səbəb ola bilər.
“Yanvarın 20-də ABŞ-ın Ramşteyn bazasında Ukraynaya dəstək verən ölkələrin müdafiə nazirlərinin görüşü baş tutacaq. Onlar Kiyevə yeni silah tədarükü məsələsini həll edəcəklər”, – deyə rusiyalı siyasətçi “Telegram” kanalında yazıb.
Medvedevin sözlərinə görə, nüvə dövlətləri talelərinin asılı olduğu böyük münaqişələri uduzmayıblar.