-1 C
Baku
Sunday, December 15, 2024

“Megafun”ın rəhbəri dəyişdi

Bakıda istirahət və əyləncə məkanlarından olan “YENİ HAYAT Şirkətlər Qrupu” MMC-yə daxil olan “Megafun” MMC-nin direktoru vəzifəsindən ayrılıb.

Banker.az xəbər  verir ki, vəzifəsindən ayrılan Vidadi Məmmədov Xəlil oğludur.

“Megafun”a rəhbərlik Ruhiyyə Babayeva Novruz qızına həvalə edilib.

Xatırladaq ki,  şirkət 2011-ci ildə “Yeni Həyat Servis” MMC kimi, həmin il adını dəyişərək “Familyland” MMC, 2016-cı ildən isə “Megafun” MMC kimi fəaliyətini davam etdirib. Şirkətin hazırda 1 478 651 manat nizamnamə kapitalı var. Şirkət “YENİ HAYAT Şirkətlər Qrupu” MMC-nin layihəsidir.

Son xəbərlər
Digər xəbərlər