10 C
Baku
Thursday, December 26, 2024

“Megastore” supermarketlər şəbəkəsini idarə edən şirkət 4 min manat mənfəət əldə edib

“Megastore” supermarketlər şəbəkəsini idarə edən “BM-Market” MMC şirkəti 2022-ci ili 3 939 manat xalis mənfəət ilə başa vurub.

Banker.az bbu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “BM- Market”in gəlirləri 20 milyon 329 min manat, marketinq və satış xərcləri 1 milyon 799 min manat, mənfəət vergisi xərci isə 985 manat təşkil edib.

31 dekabr 2022-ci il tarixində “BM- Market” MMC-nin cəmi aktivləri 45 milyon 79 min manat, cəmi öhdəlikləri 45 milyon 75 min manat, cəmi kapitalı isə 4 039 manat olub.

“BM- Market” MMC-nin təsisçisi (100%) Bəhramov Nahid Oktay oğludur və nizamnamə kapitalı 100 manatdır.

bm

bm2

Son xəbərlər
Digər xəbərlər