2 C
Baku
Tuesday, March 5, 2024

Meğri şəhərinin meri Qarabağda yaralanıb

Ermənistanın Meğri şəhərinin meri Mxitar Zakaryan Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində yaralanıb.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, 50 yaşlı yaralı meri Qarabağdan Yerevana aparıblar. Məlumata görə, o da işğalçı Ermənistan ordusunun tərkibində döyüşürmüş.

Məlumatlara əsasən, Ermənistan hakimiyyəti gəncləri Qarabağda döyüşə cəlb etməkdə çətinlik çəkdiyi üçün məmurları və yaşlı insanları da orduya çağırır. Mxitar Zakaryan da belələrindəndir. Bəzi məlumatlara görə, o, döyüşdən yayınmaq üçün yaralanıb.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər