Türkiyə hökuməti yayda ölkədə inflyasiyanın sürətlə aşağı düşəcəyini gözləyir.
Bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək bildirib.
O qeyd edib ki, iyun ayından başlayaraq inflyasiyanın sürətli enişi müşahidə ediləcək.
“İqtisadi stabilləşdirmə proqramı çərçivəsində Türkiyə höküməti maliyyə intizamını sərtləşdirməyi planlaşdırır”, – deyə nazir əlavə edib.
Xatırladaq ki, mart ayının sonunda Türkiyədə illik inflyasiya rəsmi məlumatlara görə 68,5% təşkil edib. İlin sonuna qədər Türkiyə Mərkəzi Bankı onun 36%-ə qədər azalacağını proqnozlaşdırır. Eyni zamanda, tənzimləyicinin aprel sorğusunun iştirakçıları ilin sonuna qədər inflyasiyanın 44,1%-ə çatacağını gözlədiklərini bildiriblər.