15 C
Baku
Wednesday, April 24, 2024

“Mehribanlıq virusu”

Bir dəfə gənc bir qadının evində kaktus bitkisi çiçək açır. Bu zamana qədər kaktus 4 il idi ki, pəncərənin önündə “tərpənmədən” qalmışdı. Və budur sürpriz. O çiçək açmışdı. Bunu görən qadın düşünür: “Boş yerə məni qara qəlbli ifritə hesab edirlər. Axı elə insanların evində kaktus çiçək açmır deyirlər”.

Kaktusunun çiçəklədiyini düşünən və bu xoş hislər içində metroya düşən qadın qaş-qabaqlı bir kişinin ayağını tapdalayır. Qaşqabaqlı kişinin deyinməyinə və acı-acı sözlərinə baxmayaraq o kişiyə xoşluqla cavab verir və gülümsəyir.

Qaşqabaqlı kişi demək istədiyi digər acı sözləri “ürəyində qoyur” və stansiyadan çıxaraq qəzet almaq üçün köşkə yaxınlaşır. Bu zaman o pulun qalığını səhv qaytaran satıcını adəti üzrə acılamaq əvəzinə deyir: “Eybi yoxdur, bir daha sayın”.

Belə bir cavab gözləməyən satıcı xoş hislər içərisində qəzet oxumağı çox sevən, lakin pulu az olduğu üçün cəmi 1 qəzet alan daimi müştərisi olan təqaüdçüyə iki pulsuz jurnal və bir neçə köhnə qəzet verir.

Bundan razı qalan qoca jurnal və qəzetləri bağrına basaraq evinə yollanır. Binanın önündə özünün üst mərtəbədəki qonşusunu görən qoca hər zaman ki, kimi onu “Uşağınız daim səs-küy salır. Düzgün tərbiyə verməsiniz!” deyə acıqlanmaq əvəzinə mehriban şəkildə salamlaşır. Qonşu isə heyrətlə onu izləyir. Daha sonradan uşağını baxçaya apardıqdan sonra gərgin işinə qayıdır. O hər zaman olduğu kimi üstünə səsini yüksəltdiyi qoca xadiməni gördükdə bir anlıq dayanır və onun əhvalını soruşur. Xadimə isə daim ondan həkimə getmək üçün icazə almaqdan çəkindiyini və mütləq həkimə getməli olduğunu bildirir.  Cavabında isə gözləmədiyi “Təbii ki, gedə bilərsən!” cavabını alır.

Həkimə gələn xadimə həkimdən ona ucuz dərmanlar yazmasını tələb etmədi və dediklərinə əməl edəcəyini bildirdi. Gündəlik stressdən bezən və daim evinə əsəbi yollanan həkim yolüstü həyat yoldaşına bir dəstə gül alır. Qapını açan həyat yoldaşı gülləri gördükdə gülümsəyir və deyir:

-Sənə yaxşı bir xəbərim var. Bizim kaktusumuzun artıq çiçəyi var!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.