8 C
Baku
Şənbə, Yanvar 22, 2022

Meksika 2023-cü ildən neft ixracını dayandıracaq

Meksikadan neft ixracı 2023-cü ildə demək olar ki, tam başa çatacaq.

Banker.az xəbər verir ki, “Pemex” dövlət neft-qaz şirkətinin rəhbəri Oktavio Oropesa bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında məlumat verib.

“2023 və 2024-cü illərdə Dos-Bokas neft emalı zavodu və “Kanqrehera” neft-kimya kompleksi fəaliyyətə başladığı üçün “Pemex”in bütün istehsalı faktiki olaraq ölkə daxilində emal olunacaq”, – deyə Oktavio Oropesa söyləyib.

2020-ci ilin sentyabrında Meksika Prezidenti Andres Manuel Lopes Obrador hökumətin 2024-cü ildə səlahiyyət müddəti bitmədən xaricə neft tədarükünü dayandırmaq niyyətində olduğunu açıqlamışdı. Bununla ölkə karbohidrogen ehtiyatlarını gələcək nəsillər üçün saxlamaq istəyir.

Dekabrın əvvəlində məlum olub ki, Maliyyə Nazirliyi “Pemex”i dəstəkləmək üçün 3.5 milyard dollara qədər vəsait ayıracaq. Vurğulanır ki, şirkətin xarici bazar borcunun həcmini azaltmaq planlaşdırılır.

Son xəbərlər
Oxşar xəbərlər