26 C
Baku
Saturday, July 27, 2024

Meksika “AstraZeneca” peyvəndinin istifadəsini təsdiqlədi

Meksikanın Federal Sanitar Risklərdən Qoruma Komissiyası bu gün təcili qaydada Britaniya-İsveç şirkəti “AstraZeneca” və Oksford Universiteti tərəfindən hazırlanmış koronavirusa qarşı peyvəndin istifadəsi üçün icazə verib.

TASS xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Marselo Ebrard bildirib.

“Beləliklə çox yaxında onun Meksikada istehsalına başlanacaq”, – o tvitter səhifəsində yazıb.

Respublikanın səhiyyə nazirinin müavini Uqo Lopes-Qatell isə qeyd edib ki, hökumət 77,4 milyon doza “AstraZeneca” peyvəndi sifariş edib və peyvəndin mart ayından etibarən istifadəyə veriləcəyi planlaşdırılır.

Xatırladaq ki, “AstraZeneca” və Oksford Universiteti tərəfindən hazırlanan vaksinin orta effektivliyi 70% təşkil edir. Testlər zamanı məlum olub ki, bir ay ərzində iki bərabər böyük dozada peyvənd tətbiq edildikdə, infeksiyadan qorunma səviyyəsi 62% olur, amma əvvəlcə kiçik doza, daha sonra (ikinci inyeksiya ilə) böyük doza vurulduqda isə effektivlik 90%-dək artır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər