17 C
Baku
Friday, October 18, 2024

Meksika körfəzində neft hasilatı platforması yanıb

Meksikanın dövlət neft, qaz və neft-kimya şirkətinin Petroleos Mexicanos (Pemex) neft hasilatı platforması Meksika körfəzində yanıb, 9 nəfər xəsarət alıb.

Bu barədə Pemexin X (keçmiş Twitter) səhifəsində dərc olunmuş mesajda deyilir.

“Bu gün yanacaq qazının ötürüldüyü boru kəmərlərinin ərazisində Akal B platformalarından birində yanğın baş verib. Hadisə yerində dərhal fövqəladə hallara cavab planı tətbiq edilib və yanğın lokallaşdırılıb”, – mesajda deyilir.

Şirkət yanğın nəticəsində 9 nəfərin “yüngül xəsarətlər” aldığını bildirib. Onlardan ikisi Pemexin əməkdaşları, qalan yeddi nəfər isə podratçı şirkətləri təmsil edir.

Son xəbərlər
Digər xəbərlər