19 C
Baku
Monday, April 29, 2024

Meksika prezidenti ABŞ-ı ölkənin suverenliyini pozmaqda ittiham edib

ABŞ hakimiyyətinin Meksikanın qanuni hökumətinə qarşı çıxan qrupları maliyyələşdirdiyinə dair sübutlar var.

Bunu Meksika lideri Andres Manuel Lopez Obrador mayın 18-də Milli Sarayda keçirdiyi mətbuat konfransında deyib.

Ölkə prezidenti əvvəllər barəsində bahalı mənzil alması və xaricə səfərləri ilə bağlı kompromatlar yayılan milli müdafiə naziri Luis Kresensio Sandovalı dəstəkləyib. Lopez Obrador bildirib ki, bu versiyalar ABŞ hökumətindən dəstək alan Klaudio Qonzales qrupunun araşdırmalarına əsaslanır.

“Niyə biz silahlı qüvvələrə və bu halda generala hücumları görürük? Çünki onlar istədiklərini etməmişdən əvvəl özlərinə hər şeyə icazə verdilər… Amma asayiş artıq bərpa olunub və Meksika heç bir xarici hökumətin himayəsi altında deyil: onlar bizə hörmət etməyi öyrənməli olacaqlar” prezident deyib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər