14 C
Baku
Wednesday, April 17, 2024

Meksika Prezidentinin uçduğu təyyarə icarəyə veriləcək

Meksika prezidentinin uçduğu “Boeing 787-8” təyyarəsi icarəyə verilmək üçün “Mexicana de Aviacion” dövlət aviaşirkətinə təhvil veriləcək.

Bu açıqlama ilə Meksika Prezidenti Andres Manuel Lopes Obrador çıxış edib.

Qeyd olunur ki, Andres Manuel Lopes Obrador hələ prezident vəzifəsinə başlamazdan əvvəl 2016-cı ildə əvvəlki hökumətin dövründə alınan “Boeing 787-8 Dreamliner” təyyarəsinin satılacağını bəyan etmişdi.

Lakin üstündən 6 il keçməsinə baxmayaraq, təyyarə üçün alıcı tapmaq mümkün olmayıb.

Bu səbəbdən dəyəri təqribən 219 milyon dollar olan təyyarənin kommersiya məqsədləri üçün istifadəyə verilməsi qərarı verilib.

Son xəbərlər
Digər xəbərlər