12 C
Baku
Tuesday, October 1, 2024

Meksika səfiri: “Azərbaycanla tərəfdaşlıqdan məmnunuq”

“Azərbaycanla tərəfdaşlıqdan məmnunuq”.

Bunu Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores deyib.

O bildirib ki, 1995-2014-cü illər arasında Azərbaycan və Meksika arasında ticarət dövriyyəsi 3.3 milyon dollardan 75 milyon dollara yüksəlib.

“Bu böyük rəqəmdir. Biz Azərbaycanla tərəfdaşlıqdan məmnunuq. Bu rəqəm Azərbaycan və Meksika, Sakit Okean Alyansı ölkələri arasında əlaqələrin güclənməsinin göstəricisidir. Sakit Okean Alyansı Azərbaycanla münasibətləri müxtəlif sahələrdə daha da genişləndirmək istəyir. Bizim platformamız gender bərabərliyi, xalqlararası əlaqələr və mübadilə, turizm sektoru, bu sahələri prioritet elan edir. Meksika ilə münasibətlər gəlincə biz Azərbaycanla mədəniyyət, iqtisadiyyat, humanitar, texniki sahələrdə əlaqələrimizi dərinləşdirmək istəyirik. Xüsusilə də geologiya sahəsində əməkdaşlıq imkanlarını vurğulamaq istərdim”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər