Meksika milli valyutası olan peso ABŞ-ın 45-ci prezidenti Donald Trumpın and içmə mərasimi ərəfəsində rekord səviyyədə minimuma enib. Trumpın inaqurasiya mərasimi isə 20 yanvar tarixində baş tutacaq.
Peso bu həftə ərzində sürətlə enməyə davam edirdi. Çərşənbə günü valyutanın məzənnəsi dollar ilə münasibətdə 22,25 peso təşkil edirdi. Meksika Mərkəzi bankının rəsmi məzənnəsi isə 1 dollar/21,85 peso səviyyəsindədir.
Meksika valyutasının enməsinin əsas səbəblərindən biri Trumpın prezidentlik vəzifəsini icra etməyə başlaması hesab edilir. Donald Trump isə Meksika və meksikalılara qarşı “qərəzli” münasibəti ilə tanınır.