27 C
Baku
Saturday, July 27, 2024

Meksikada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub

Meksikada ictimai yerlərdə siqaret çəkmək və tütün məmulatlarının reklamı qadağan olunub.

Bu barədə “ВВС” məlumat yayıb.

Latın Amerikasının bir sıra digər ölkələri də ictimai yerlərdə siqaretin çəkilməsini qadağan edən qanunlar qəbul ediblər, lakin Meksika qanunvericiliyi Amerika qitəsində ən güclü və ən geniş qanunlar hesab olunur.

Meksikada 2008-ci ildə barlarda, restoranlarda və iş yerlərində siqaret çəkməyi qadağan edən qanun indi bütün ictimai yerlərdə tam qadağaya qədər genişləndirilib. Bura parklar, çimərliklər, otellər, ofislər və restoranlar daxildir.

Həmçinin tütün məmulatlarının reklamı, təşviqi və sponsorluğuna tam qadağa qoyulacaq, bu isə o deməkdir ki, siqaret hətta mağazalarda belə nümayiş etdirilə bilməz. Elektron siqaretlər də yeni məhdudiyyətlərə məruz qalıb.

Son xəbərlər
Digər xəbərlər