-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Meksikada inflyasiya 2001-ci ilin əvvəlindən maksimuma çatıb

Noyabrda Meksikada illik inflyasiya 7,37%-ə çatıb. Bu barədə Milli Statistika və Coğrafiya İnstitutunun hesabatında deyilir.

Bu, 2001-ci ilin yanvarından bəri ölkədə istehlak qiymətlərinin ən yüksək səviyyəsidir.

Meksikada noyabr inflyasiyası Mərkəzi Bankın 3%-lik hədəfindən təxminən 2,5 dəfə yüksək olub. Oktyabr ayı ilə müqayisədə istehlak qiymətləri 1,14% artıb. 2020-ci ildə eyni dövründə illik inflyasiya 3,33% təşkil edib.

Ötən ay Meksikada ən çox ət (mal və toyuq əti), elektrik enerjisi, hoteldə yerləşmə və hava səyahətləri bahalaşıb. Eyni zamanda, benzinin, paxlalıların, avokado və portağalın, donuz ətinin qiymətləri, həmçinin internet, telefon və ödənişli televiziya tarifləri azalıb.

Xatırladaq ki, 2020-ci ildə koronavirus pandemiyası fonunda Meksikanın ÜDM-i 8,5% azalıb, bu da 1931-ci ildən bəri ən böyük azalma hesab olunur. Ötən il ölkədə inflyasiya 3,15% təşkil edib. Prezident Andres Manuel Lopez Obrador dekabr ayında Meksikada minimum əməkhaqqının 2022-ci ildən 22% artaraq gündəlik 141,7 pesodan 172,8 pesoya (6,7 ABŞ dollarından 8,2 dollaradək) yüksələcəyini açıqlamışdı.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər