Meksika Dövlət Xidmətləri Nazirliyinin rəhbəri İrma Sandovalın koronavirus testi müsbət nəticə verib.
“RİA Novosti” xəbər verir ki, bu barədə nazirlik açıqlama yayıb.
Qeyd olunub ki, hazırda İrma Sandoval həkim nəzarəti altında müalicə almağa başlayıb.
Xatırladaq ki, Meksikada 14 677 nəfərdə koronavirus aşkarlanıb, 1 351 xəstə dünyasını dəyişib.
©Report