24 C
Baku
Thursday, July 25, 2024

Meksikada Nazir təyyarəni 40 dəqiqə gecikdirdiyinə görə istefa verib

Meksikanın Ətraf Mühit və Təbii Sərvətlər naziri Josefa Gonzalez-Blanko iş səyahətinə çıxacağı sərnişin təyyarəsini 40 dəqiqə gecikdirdiyinə görə istefa verib.

TASS xəbər verir ki, sərnişinlərin və medianın etirazı ilə qarşılaşan  nazir sosial şəbəkədə istefa səbəbini yazmaqla bir növ xalqdan üzr istəyib.

 “Başqa bir səbəbi yoxdur. Heç kim üstünlüyə sahib olmamalıdır. Bir nəfərin mənafeyi çoxluğun rifahından üstün olmamalıdır. Hamımız ədalət və bərabərlik dəyərlərinə uymalıyıq.Təyyarənin gecikməsinə mən səbəb oldum. Bu barədə prezident tapşırıq verməyib”.

 

Son xəbərlər
Digər xəbərlər