15 C
Baku
Wednesday, April 24, 2024

Meksikada qanunsuz qaçqınlara ABŞ-a daxil olmalarının qarşısını almaq üçün vergi tətbiq olunur

ABŞ rəhbərliyi Latın Amerikasından olan qanunsuz qaçqınların Meksika üzərindən ABŞ-a daxil olmasının qarşısını almaq üçün 5 faizlik gömrük vergisi qoyulduğunu bəyan edib.

Prezident Donlad Tramp “Twitter” hesabından yaydığı açıqlamasında bildirib ki, iyunun 10-dan ABŞ Meksikadan idxal edilən bütün məhsullara 5 faizlik gömrük vergisi tətbiq edəcək və bu verginin tətbiqi Meksika üzərindən ölkəyə qanunsuz qaçqın axını dayanana qədər davam edəcək: “Yeni gömrük vergisi qanunsuz qaçqın problemi həll edilənə qədər mərhələli şəkildə artacaq”.

Beləliklə, “qaçqın vergisinin” oktyabr ayına qədər 25 faizə qədər artırılacağı gözlənilir. Trampın açıqlamasına əsasən, Meksika qaçqın problemini həll edən kimi bu vergi də ləğv ediləcək. Qeyd edək ki, uzun müddətdir ki, qanunsuz qaçqın problemindən narahatlığını ifadə edən və buna görə də iki ölkə arasında sədd çəkiləcəyini bildiriən D.Tramp son vaxtlar Meksika rəhbərliyinin ünvanına üstüörtülü tənqidlərini artırmışdı.

©Vergilər

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər