15 C
Baku
Saturday, April 20, 2024

Meksikanın prezidenti ölkənin iflasını elan etdi

Ölkə prezidenti seçilən Andres Manuel Lopez Obradora istinadən Meksikanın iflas vəziyyətində olduğunu bildirib.

«Çox güman ki ölkənin iflas vəziyyətində olması səbəbindən, bizdən tələb edilən hər bir şeyi yerinə yetirə bilməyəcəyik, lakin aydindır ki, kampaniya zamanı vəd etdiklərimizi icra edəciyik»-tərəfdarları ilə görüşdə Lopez Obrador bildirib.

Qeyd edək ki, əvvəllər o, ölkədəki iqtisadi vəziyyəti daha müsbət qiymətləndirirdi. Eyni zamanda, o, Meksika iqtisadiyyatında problemlər olduğunu bildirirdi, lakin makroiqtisadi sabitlik və siyasi böhran olmamasına sevinirdi.

1 dekabr prezident vəzifəsinin icrasına başlayacaq olan Obrador, öz kampaniyası zamanı bürokratik aparatın saxlanılma xərclərini azaltmaq üçün söz verib. O, həmçinin, sosial sahədə xərclərin artırılmasına, pensiyanın qaldırılmasına, benzin və elektrik qiymətini stabilləşdirəcəyinə dair planlarını elan edib.

Son xəbərlər
Digər xəbərlər