Mən heç kəsi öldürməmişəm.
Mənim ən böyük zəifliyim –çılğın olmağımdır. Amma, Allaha şükür ki, mən indi bir vaxtlar olduğum qədər çılğın deyiləm.
Mən heç vaxt Tanrının qəzəbini öz üzərimdə hiss etməmişəm.
Jurnalistlər – yeganə insan cinsidir ki, səni diri-diri gəmirməyə hazırdırlar.
Mənə nifrət edənləri sevirəmmi? Onlar mənim xoşuma gəlmirlər, amma mən yenə dəonları sevirəm.
Mən qadınları sevirəm, çünki qadın Allahın yaratdığı ən gözəl varlıqdır.
Amma əgər qadın kişi kimi olmaq istəsə, yəni pillə daha aşağı düşmək istəsə, nə etmək olar, qoy belə olsun.
Ata olmaq mənim xoşuma gəlir, çünki bu zaman sən daha cavan olursan.Həmçinin bu, həyata yeni prizmadan yanaşaraq, hər şeyi yenidən başlamağa imkan verir.
Sən uşaqlardan daha çox öyrənirsən, nəinki onlar səndən.
Mən ilk dəfə 16 yaşım olanda rejissor olmaq haqqında düşündüm. Həmin zamanlar mən qədim şimal vikinqlərini öyrəndiyim üçün məhz bu haqda film çəkməyi arzu edirdim. Axmaq ideyadır elə deyilmi, amma mən məhz buna görə rejissor olmağa qərar verdim.
Oynamaq – yalan danışmaq deməkdir. Aktyorluq sənəti –zərif yalanlar sənətidir və uzan müddət mənə məhz kamera qarşısında düşünülmüş şəkildə yalanlar dediyimə görə pul ödəyiblər.
Hamı deyir ki, Hollivud –bir fabrikdir, amma çoxları unudur ki, bizlərdən hər biri bu fabrikdəki nəhəng bir mexanizmin yalnız çox kiçik, əhəmiyyətsiz bir hissəciyidir və əgər biz sıradan çıxırıqsa, bizi düşünmədən yenisi ilə əvəz edirlər.
İnsan tədricən ölür. Məgər bizim həyatımızın bir çox hadisələri –bu ölümün müxtəlif etapları deyilmi? Məgər ömür bizi hissə-hissə tərk etmirmi?
Mənim bir çox fərqli qorxularım vardır. Məsələn, səhər tezdən içməyə süd tapmamaq və ya düşünürəm ki, kimsə mənə kəmərdən aşağı zərbə vuracaq (məni axtalayacaq)?
Şər nə qədər gözə çarpmayan və gizli olarsa, bir o qədər də qorxulu olar. İblisin boynundan “mən iblisəm” deyə yarlıq asılmır.
Şər bizlərdən hər birinin qəlbinə ayrıca yol tapır, amma ümumi bir nüans var ki, bundan öncə o bizi inandırır ki, şər deyilən bir şey mövcud deyil.
Düşmənlərinizə dondurma alın.
Başa düşmürəm, Cudi Foster ilə necə dostluq etməmək mümkündür?
Mənim «Ölümcül silah-4» filmindən sonra etdiyim bütün hərəkətlər, həmin filmə görə bildirmək istədiyim üzrxahlıq cəhdləridir.
Kino insanlara yaxşı nə bəxş edir? Əyləndirir? Bəlkə, öyrədir? Ya ucaldır? Yaxşı kino bütün bunların hamısını eyni anda edir. Əks halda sən sadəcə ekran qarşısında vaxt itirirsən.
Əksər filmlər –yaxşıca araşdırsam sadəcə bir yığım lent topalarından ibarətdir. .
Ekrandakı insan və həyatdakı insan –fərqli adamlardır. Xatırlayırsınız Keri Qrant nə deyirdi? Ondan soruşurlar ki, Keri Qrant olmaq necədir, a cavabda belə söyləyərdi: “Heç bir təsəvvürüm yoxdur, kimdir ki o?”
Bütün dəyişikliklər ağrı ilə müşayiət olunur. Əgər sən ağrı hiss etmirsənsə, demək heç nə dəyişməyib.
Bəzən mənə elə gəlir ki, insan şüurunun ən fövqəladə və böyük qabiliyyəti –məhz unutmaq qabiliyyətidir.
Axmaq suala ala biləcəyin ən yaxşı cavab –sükutdur.
Arzular həmişə kağız üzərində çox cılız və aciz görünürlər.
Nəyəsə görə bir çoxları düşünür ki, mən Respublikaçıların tərəfdarıyam, amma bu belə deyil. Ötən seçkilərdə mən ümumiyyətlə bilmirdim ki, kimə səs verim. Siz namizədlərin adlarına baxırsınız və beyninizə belə bir sual yaranır: “Əcəb yaxşı seçimdir: sanki sizin iki variantınız var, ya sizi vurmalıdırlar, ya da üzünüzə tüpürməli”.
Sən müstəqil bir namizədə səs verəndə, vicdanın heç zaman səni incitmir.
Mən hələ də öz şansımı gözləyirəm.
Mən özümü də avstraliyalı, nə də amerikalı hesab etmirəm. Mən calağam (hibrid) və bu mənə olduqca xoşdur, çünki həm Avstraliya, həm də Amerika gözəl ölkələrdir.
Avstraliya əsilli amerikanlar ilə ünsiyyətdə olmaq mənim xoşuma gəlir. Onlar öz fikirlərini açıq bildirməkdən daha az çəkinirlər, bu isə ünsiyyətin tamamı ilə fərqli bir səviyyədə alınmasına rəvac verir.
Siyasi nəzakətlilik – əqli terrorizmin bir formasıdır. Heç də hamı, həmişə hamını sevə bilməz.
Hamımın beynində öz mövhumatları vardır.
Əgər üç şlyapa almağa hazırlaşırsansa, əvvəlcə çalış bir-iki dənə də əlavə başın olsun.
Olan olub, yəni sən etdiyini artıq etmisən və bunu etiraf etmək lazımdır. Əks təqdirdə sən dağılmış suyu yenidən stəkana yığmaq istəyən insanın vəziyyətinə düşəcəksən.