26 C
Baku
Friday, April 19, 2024

Melinda Qeyts və Makkenzi Skott layihəsi gender bərabərliyinə $40 mln. bağışlayıb

Milyardlarla dollar sərvətə sahib olan Melinda Qeyts, Makkenzi Skott və Linn Şusterman gender bərabərliyini dəstəkləyən təşəbbüslərə 40 milyon dollar bağışlayıblar.

Banker.az bu barədə “Forbes”ə istinadən xəbər verir.

Vəsait qadınlara İT sahəsində karyera qurmağa kömək edən “Ada Developers Academy” akademiyasına və ABŞ-da qadınları dəstəkləyən layihələrin birinə veriləcək.

Dörd layihə ABŞ qadınlarının hüquqlarını qorumaq və 2030-cu ilədək onların təsirini artırmaq üçün “Equality Can’t Wait Challenge” yarışması çərçivəsində 40 milyon dollar alacaq. Yarış “Microsoft”un qurucusu Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Qeytsin “Pivotal Ventures” şirkəti başladıb.

“Forbes Real-Time” reytinqinə görə, hal-hazırda Melinda Qeytsin sərvəti 3.3 milyard dollar, Makkenzi Skottun sərvəti 60.6 milyard dollar, Linn Şustermanın sərvəti isə 3.4 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər