5 C
Baku
Saturday, December 14, 2024

Melinda Qeytsin sərvəti boşandıqdan sonra $3 mlrd. artıb

“Microsoft” korporasiyasının qurucusu Bill Qeytsin keçmiş həyat yoldaşı daha bir şirkətin səhmlərini 851 milyon dollara alıb. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir ki, planetin ən varlı adamlarından biri olan Melinda Qeyts boşandıqdan sonra ümumilikdə 3 milyard dollardan çox pul qazanıb.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, Qeytsin keçmiş həyat yoldaşı ən böyük kənd təsərrüfatı avadanlığı istehsalçısı “John Deere”dən 2.25 milyon səhm alıb. Şirkətin səhmləri Bill Qeytsin sərmayələrini idarə edən “Cascade Investment” portfelindəki ən böyük aktivdir.

Qeyd edək ki, Melinda Qeyts holdinqin dəyəri 12 milyard dollar olan səhmlərin 10%-dən çoxuna sahib olub. Bill Qeytsin keçmiş həyat yoldaşı Kanada Milli Dəmir Yolunun qiymətli kağızlarını 1.5 milyard dollara, habelə ABŞ-ın “AutoNation” avtodilerin 2.94 milyon səhmini 309 milyon dollara alıb.

Bundan əlavə, Melinda Qeyts “Coca-Cola Femsa” və “Grupo Televisa”nın 500 milyon dollar dəyərində səhmini alıb. Beləliklə, boşandıqdan sonra Melinda “Microsoft”dan 3.15 milyard dollar qazanıb.

Mütəxəssislərin sözlərinə görə, Bill və Melinda Qeyts sərvətlərini yarıya bölərsə, “Microsoft”un qurucusu “Forbes” reytinqində təxminən 17-ci yerə düşəcək, Melinda isə dünyanın ən varlı qadınlarından biri olacaq.

“Bloomberg” agentliyinin bildirdiyi kimi, hal-hazırda Bill Qeytsin sərvəti 144 milyard dollar təşkil edir. Onun sahib olduğu “Microsoft” səhmlərinin (1.37%) dəyəri təxminən 26 milyard dollar dəyərində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər