12 C
Baku
Sunday, October 27, 2024

Meliorasiya və Su Təsərrüfatı ötən il xərclərini azaldıb və ₼353 mln. xalis mənfəət edib

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2020-ci il ərzində 875.36 mln. manat gəlir əldə edib.

Banker.az xəbər verir ki, bu barədə ASC-nin maliyyə hesabatında deyilir.

Bu da illik müqayisədə cəmi gəlirlərinin 25% azalması deməkdir.

Cəmiyyətin xərclərinin həcminin 37% azalması ilə 522.4 mln manata düşməsindən sonra  ümumi mənfəət 352.96 mln. manata olub (öncəki ildə: 326.11 mln. manat). Şirkətin işçilərə ödədiyi xərclərin həcmi 121.97 mln. manat olmuşdur.

Beləlliklə illik xalis mənfəəti 352.96 mln. manat təşkil etmişdir. Bu xalis mənfəətin ardından Meliorasiya və Su Təsərrüfatının balansındakı yığılmış zərərin həcmi 5.83 mln. manat olmuşdur.

 

Son xəbərlər
Digər xəbərlər