8 C
Baku
Sunday, December 22, 2024

“Meliorasiya və Su Təsərrüfatı”nın idarəsi 3 milyon manatlıq avtomobil alır

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi Hayat Group MMC ilə 3.3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə avtomobil nəqliyyat vasitələrinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 306 000 manatdır.

Qeyd edək ki, Hayat Group MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 148 520 manatdır və qanuni təmsilçisi Babək İbrahimovdur. “HAYAT Group” Azərbaycan, Gürcüstan, Ukrayna, Tacikistan, Qırğızıstan, Özbəkistan, Küveyt bazarlarında HOWO-SINOTRUK, XCMG, YTO və ISUZU kimi qabaqcıl dünya markalarının təmsilçisi kimi fəaliyyətə başlayıb.

Son xəbərlər
Digər xəbərlər