“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi “Isser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycanda filialı ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə elektrik dərinlik subartezian nasos aqreqatlarının satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 173 558 manatdır.