Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində struktur dəyişikliyi olub.
Banker.az bu barədə dövlət şirkətinə istinadən xəbər verir.
“Meliorasiya-İrriqasiya Obyektlərinin qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət” İdarəsi və “Hidrogeoloji-Meliorativ Xidmət” İdarəsinin vəzifə və funksiyaları “Hidrologioloji Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi”nə, “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin vəzifə və funksiyaları isə “Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutu”na həvalə olunub.
Meliorasiya və Su Təsərrüfatının nümayəndəsi Dilqəm Şərifov bildirib ki, “ASC-də struktur dəyişikliyi çərçivəsində büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə, vəzifə və funksiyaların yerinə yetirilməsi istiqamətində pərakəndəliyin aradan qaldırılması, müasir tələblər səviyyəsində çevik addımların atılması nəzərə alınmaqla” bu addımı atıblar.