9 C
Baku
Friday, December 13, 2024

“Memorial Klinik”in mənfəəti 4 dəfəyə yaxın azalıb

“Memorial Klinik” MMC 2022-ci ili 1 milyon 366 min manat xalis mənfəət ilə başa vurub. Əvvəlki ildə klinikanın mənfəəti 5 milyon 118 min manat olub ki, bu da illik müqayisədə 3.7 dəfə azalma deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

31 dekabr 2022-ci il tarixinə “Memorial Klinik”in əsas əməliyyat gəlirləri 5 milyon 447 min manat (45% az), satışın maya dəyəri 2 milyon 845 min manat (4% az), inzibati xərcləri 873 min manat (87% çox) təşkil edib.

Hesabat dövründə MMC-nin cəmi aktivləri 10 milyon 98 min manat olub ki, bu da illik müqayisədə 22% artım deməkdir.

Xatırladaq ki, “Memorial Klinik” MMC 5 iyun 2008-ci il tarixində qeydiyyata alınıb. Şirkətin səhmdarları Ramazanov Mahir Teymur oğlu (50%) və Yaqubov Namiq Oruc oğludur (50%).

Son xəbərlər
Digər xəbərlər