İdarəetmə fəaliyyətinin başlıca əlaməti onun mühüm xüsusiyyətlərini və məhsuldar qüvvələrini əks etdirən əməyin keyfiyyətidir. əməyin keyfiyyəti əməyin məhsulu kimi təzahür edir. məhz əməyin keyfiyyəti idarəetmə fəaliyyətinin funksional təyinatı kimi çıxış edir.
İdarəetmə əməyinin keyfiyyət xarakteristikaları kimi aşağıdakılar çıxış edir:
• yaradıcılıq zehni əməyin forması kimi;
• təşəbbüsçülük;
• innovasiyaçılıq;
• optimallıq (hər şeyin vaxtında edilməsi);
• kollektiv xarakter (tərəfdaşlıq, korporativlik);
• risk səviyyəsi;
• məsuliyyətlilik (hüquqi, sosial, mənəvi);
• qənaətlilik;
• məhsuldarlıq;
• nəticə.
Qarşılıqlı təsir prosesi kimi menecmentin keyfiyyəti onun aktivləşdirən, təşkiledici, istiqamətləndirici, motivasiya qüvvəsində təzahür edir ki, bu da qarçılıqlı təsirin vasitə və metodlarının, onların həyata keçirilməsi prosedurlarının düzgün seçilməsi ilə müəyyən edilir. təsirin keyfiyyəti haqqında yalnız onun həyata keçirilməsindən sonra mühakimə yürütmək olar. Qərarlar həyata keçirilənə qədər isə yalnız əsaslandırmaların metodologiyasından, təsirin formalaşması prinsip və metodlarından və nəzərdə tutulan keyfiyyətdən danışmaq mümkündür. təsirin keyfiyyəti onun həyata keçirilmə imkanlarında, vaxtında yerinə yetirilməsində, istehsal-təsərrüfat probleminin həlli yollarının və vasitələrinin düzgün seçilməsində öz əksini tapır.
İdarəetmə qərarının hazırlanması və emalı prosesinin qiymətləndirilməsi zamanı aşağıdakı keyfiyyət xarakteristikalarından istifadə olunur:
• optimallıq (ən yaxşı variant meyarı);
• operativlik (qərarın müəyyən vaxt ərzində istehsalın tələbi ilə uyğunluq meyarı);
• qənaətlilik (meyar — миməsrəf və ya resursların minimum ölçüsü);
• risklilik (meyar – ehtimalın və itkilərin səviyyəsinin minimuma endirilməsi);
• sosial əhəmiyyəti (meyar — cəmiyyət üçün faydalılığın maksimuma çatdırılması);
• hüquqi cəhətdən müdafiəsi (meyar — normativ hüquqi təminat);
• kommunikativlik (meyar — əlaqələrin etibarlılığı və çevikliyi).
Beləliklə, “menecment keyfiyyəti” anlayışının daha xarakterik formaları kimi məzmunu idarə edilən fəaliyyətin sahəsi və ya növü ilə müəyyən edilən idarəetmə əməyinin keyfiyyəti; heyətin keyfiyyəti (peşəkarlığı); resursların və idarəetmə potensialının keyfiyyəti; idarəetmə proseslərinin keyfiyyəti çıxış edir.
Menecmentin səmərəliliyi
İstehsal-təsərrufat sisteminin inkişafının son nəticəyə istiqamətləşdirilməsi ilə əlaqədar, məqsədlərin yekun nəticələrə əsaslanaraq ifadə edilməsi və qarşılıqlı uyğunlaşdırılması böyük əhəmiyyət kəsb edir. Məqsədin ifadəsində səhvlər daha təsirli olur (bəzi hesablamalara görə idarəetmədə 90%-dək səhvlər məqsədlərin ifadəsində əmələ gəlir). Bəzi hallarda ara məqsədlər əsaslarını əvəz edirlər. Bəzən ara məqsədlər əsas məqsəd mənası qəbul edir və əsas məqsədin itməsi baş verir. Lakin əsas məqsədə olan diqqətin şişirdilməsi, keyfiyyətindən və yerinə yetirilməsi müddətindən asılı olan ara məqsədlərə olan diqqəti azaldır.
İstehsal sisteminin ümumi məqsədinin (vəzifəsinin) qiymətləndirilməsi üçün aşağıdakı göstəricilərdən istifadə olunur:
• məqsədə nail olmaq səviyyəsi (yekun nəticənin – satış həcminin məqsəd ölçüsünə nisbəti);
• tələbatın odənilməsi səviyyəsi (yekun nəticənin tələbatın ölçüsünə nisbəti);
• potensial tələbatın ölçüsü (marketinq xidməti ilə proqnozlaşdırılan, təmin olunmayan və yeni tələbat);
• profilinə aid olan məhsulun bazar payı;
• rəqabət üstünlüklərinin davamlığı (mütərəqqi olması, reytinq);
• potensial inkişaf imkanları (ehtiyatlara potensial tələbat).
İnkişafın sabitliyi məqsədə çatmaq (yaxud çatmamaq) səviyəsi, təmin olunmayan və potensial tələbatın ölçüsünün müəyyən olunması ilə qiymətləndirilir. İsehsal-təsərrüfat sistemində bilavasitə istehsalatdan başqa innovasiya, marketinq, maliyyə, sosial fəaliyyət mövcuddur və onların səmərəliliyi funksional məqsədlər səviyyəsinə çatmaqla təyin olunur. İnnovasiyanın nəticəsi – yeniliklərin miqyasıdır; maliyyə nəticəsi – mənfəətin miqdarı yaxud dinamikasıdır; sosial nəticə – işçilərin həyat səviyyəsi və onun dinamikasıdır; marketinq nəticəsi – yeni bazarda pay yaxud mövcud payin genişləndirilməsidir.
Funksional xidmətlər məsələn, maliyyə yaxud investisiya, marketinq, vençur yaxud birja kimi fəaliyyət göstərməkdə ixtisaslaşmış təşkilatlarının idarəetmə səmərəliliyi həmin təşkilatların profilləşdirilmiş növü və yaxud vəzifəsi ilə müəyyən olunur. Belə ki, bank strukturunun vəzifəsi iqtisadiyyatın inkişafının təmin edilməsinə, səmərəli istehsal proseslərinin kreditləşdirilməsi üçün pul vəsaitlərinin akkumulyasiyasından ibarətdir.
Korporativ strukturlar şəraitində müəyyən növ məhsula yönəlmiş sistem daxilində istehlak olunan və kənara realizasiya olunan ayrı-ayrı müstəqil struktur hissələrin ümumi məqsədi olur. Bu halda istehsal-təsərrufat həlqəsinin səmərəliliyi onun məqsədinin bazar və sistemdaxili tələbatlarının realizasiya dərəcəsinin səviyyəsi ilə təyin olunur. Korporativ strukturda, maliyyə yaxud investisiya həlqələrinin, marketinq mərkəzlərinin, reklam xidmətlərinin olduğu halda onların səmərəliliyi analoji surətdə müəyyən olunur.
Korporativ strukturlarda səmərəlilik müəyyən olunur:
• sistemin ümumiyyətlə vəzifəsi;
• istehsalat-təsərrufat hissələrinin məqsədləri;
• funksional təşkilatların məqsədləri.
Menecmentin səmərəli olduğunu demək mümkün olan şərtləri ayıraq:
• sistemin ümumi məqsədi yaxud vəzifəsində reallaşan sosial-iqtisadi sistem öz yekun nəticəsinə çatmışdır (məqsədə çatma səviyyəsi);
• sistemin ayrı ayrı istehsal həlqələri nəticə əldə etmışlər;
• axır nəticələr tələbatla müqayisə olunur (tələbatın təmin olunması səviyyəsi);
• yeni məqsədin formalaşması və davamlı inkişafa şərait yaratmaq üçün əsas kimi potensial tələbat təyin olunmuşdur (istehsalın mümkün ola bilən genişləndirilməsi səviyyəsi);
• funksional nəticələrin məqsədlərə uyğunluğunun təmin edilməsi kimi funksional menecmentin hər bir növü üzrə nəticə əldə olunmuşdur.
Menecmentin səmərəli olmasının qiymətləndirilməsi təşkilatın inkişaf imkanlarını və istiqamətini təyin etmək imkanı verir, yeni tələbatın yaranması ehtiyacı və müvafiq olaraq yeni məhsulun istehsalına başlamaq barədə, diversifikasiya barədə, istehsal və idarəetmə prosesinin iştirakçılarının qarşılıqlı əlaqə problemləri barədə informasiya verir.
Menecmentin səmərəliliyi
Səmərəlilik deyiləndə istaehsal xərcləri ilə müqayisədə nəticənin səviyyəsi (dərəcəsi) başa düşülür.. Bu anlayış iqtisadiyyatın səmərəliliyini, ayrı ayrı sahələrin, müəssisələrin, investisiyaların, yeniliklərin təyin edilməsində istifadə olunur. Menecmentin səmərəliliyi istifadə olunan resurslarla və idarəetmə üçün çəkilən xərclərlə müqayisədə idarə etdiyi obyektin məqsədə çatmasında və istifadə olunan vəsaitlərin sosial-iqtisadi səmərəsinin təmin edilməsində əksini tapır. Menecmentin səmərəliliyinin iqtisadi mənası – idarəetməyə verilmış vəsaitlərlə (xərclərlə) daha çox iqtisadi səmərənin təmin edilməsidir. Sosial məna – idarəetməyə verilmiş vəsaitlərlə (xərclərlə) ən çox sosial səmərənin təmin edilməsi.
Qarşılıqlı təsir və müqayisə olunan məqsədlər və təkrar istehsal prosesinin yekun nəticəsini ilə menecmentin baza şərtində səmərəliliyi barədə mühakimə yürütmək olar. Ancaq nəticəli menecment səmərəli ola bilər.
Hər bir tədbir yaxud idarəetmə üzrə qərar axır nəticə nüqteyi-nəzərindən qiymətləndirilməlidir və məqsədlər, üsullar, funksiyalar, proseslər, təşkilatı strukturlar mövqeyindən, yəni bütün ümumi istifadə olunan təsir vasitələrindən baxılmalıdır. Xüsusi təsir vasitələri kimi resurslar nəzərdən keçirilir. Onların ayrılması istehsal amilinin xüsusi rolu ilə şərtlənir və bu halda resurslar idarəetmə təsiri obyekti vasitəsi rolunda əlavə olunur.
Təcrübədə adətən 4-6 əsas yekun nəticə qiymətləndirilir, və onların əsasında vəsaitlərin bölüşdürülməsi yerinə yetirilir və onlar öz növbəsində təşkilatın fəaliyyətinin nəticəsinə həlledici təsir göstərir.
Menecmentin səmərəliliyi əldə edilmiş səmərənin istifadə olunmuş vəsaitin müqayisəsi və idarəetmə xərcləri ilə təyin olunur. Analizi hər bir hesablana bilən vəsaitlərdən: əmək, maddi, maliyyə, əsas fondlar, informasiya, müvəqqəti keçirmək olar. Təsir vasitələrini qiymətləndirdikdə seçimin düz olması analiz olunur, yəni vəziyyətin uyğunluğu, keyfiyyət, realizasiyanın nəticəsi və səmərəliliyi araşdırılır.
Həqiqətən, menecmentin əsas məqsədi – sosial-iqtisadi sistemin davamlı və uzun müddətli inkişafını təmin etməkdir. Ona görə də menecment səmərəli və effektiv fəaliyyət göstərərək, yüksək keyfiyyətə malik olaraq, rəqabət mühitində hərəkət xəttini seçmək qabiliyyətinə malik olaraq, sosial-iqtisadi sistemin inkişafını real təmin edə bilər. Texnologiya və istehsalın təşkili, şirkətin məhsulu və menecment rəqabət qabiliyyətlidirsə, belə şərait yaranır.