26 C
Baku
Saturday, July 27, 2024

Mənsimovun şirkəti Türkiyədə təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verəcək – Daha bir ELAN

“Palmali Holding” Şirkətlər qrupu Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verməyi nəzərdə tutur.

Banker.az bildirir ki, bu barədə Şirkətin məlumatında deyilir.

Şirkətin yaydığı məlumata görə, aşağıdakı kriteriyalara uyğun ilk 100 tələbə bir il boyunca şirkət tərəfindən müəyyənləşdirilən təqaüdü alacaq:
– Bir öncəki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar;
– Şəhid ailəsi üzvü olanlar;
– Qarabağ müharibəsi qazilərinin yaxınları;
– Ağır maddi durumda olan ailələrin övladları.

“Tələbələrdən bu əsas kriteriyalara uyğun sənədləri pasport və ya şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə xüsusi komissiyanın emailinə göndərmələri ([email protected]) rica olunur”, – deyə məlumatda deyilir.

Eləcə də bax: RƏSMİ: Dövlət qulluqçularının maaşı özəl sektorda çalışanların məvacibi səviyyəsinə çatdırılacaq

Gələn həftədən etibarən, sənədlər toplandıqdan sonra araşdırılacaq və fevral ayında şanslı 100 tələbə ilə təqaüd müqaviləsi bağlanacaq.

Qeyd edək ki, bu şirkətin prezidenti Azərbaycan əsilli Mubariz Mənsimovdur. O, bir neçə gün öncə 300-ə yaxın vakansiya elan edərək öz həmvətənlərinə şirkətində iş görməyi təklif etmişdi.

Son xəbərlər
Digər xəbərlər