İnspektor Borqun imkanlı dostlarından biri yanına keyfi kök gələrək onu yeganə qızının toyuna dəvət etdi. İnspektor dostunu təbrik edərək qızın nişanlısının kim olması barədə soruşdu.
– Dem Berger, qızın nişanlısı, yaraşıqlı, savadlı və Roma papası kimi doğru-düzgün adamdı. Həmçinin, çox tanınmış adlı-sanlı bir ailədəndir. Qızım Reti mənə danışmışdır ki, Dem Bergerin ulu babası əsl aristokrat olub və 1-ci dünya müharibəsində ad-san qazanmışdır. Hətta o, qızıma 1-ci dünya müharibəsində göstərdiyi şücaətə görə üzərində ulu babasının adı həkk olunmuş, qızıldan olan silahı da göstərmişdir. Silahın üzərində belə bir gözəl qeyd də var idi: “5-ci piyada diviziyasının Komandanlığı tərəfindən 1-ci Dünya Müharibəsinin qəhrəmanı leytenant Bergerə. 1916-ci il.”
İnspektorun şübhə ilə baxdığını görən dostu nə baş verdiyini soruşdu:
– Mənə elə gəlir ki, bu aferist sizin qızınızla sizin pulunuza görə evlənir.
Niyə görə isnpektor Dem Bergeri aferist adlandırdı?