21 C
Baku
Wednesday, April 2, 2025

“Meqa Həyat Sığorta”nın maliyyə vəziyyəti açıqlandı

“Meqa Həyat Sığorta” ASC 2024-cü ili 1 milyon 524 min manat mənfəətlə başa vurub. Şirkət 2023-cü ildə 1 milyon 86 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 40.3% artım deməkdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Meqa Həyat Sığorta”nın cəmi gəlirləri 8 milyon 193 min manat, cəmi xərcləri isə 6 milyon 288 min manat təşkil edib. 2023-cü ildə isə sığorta şirkətinin cəmi gəlirləri 4 milyon 85 min manat, cəmi xərcləri isə 2 milyon 727 min manat olub.

Bu il yanvarın 1-nə “Meqa Həyat Sığorta”nın aktivləri 48 milyon 247 min manat olub ki, bu da 1 il əvvələ 2 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3.2 dəfə artaraq 34 milyon 250 min manata, balans kapitalı isə 9% artaraq 13 milyon 997 min manata çatıb.

“Meqa Həyat Sığorta” Şirkəti 17.09.2019-cu il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 11 000 000 AZN təşkil edir və şirkətin təsisçisi 100% payla “Meqa Sığorta” ASC-dir.

Son xəbərlər
Digər xəbərlər