“Meqa Həyat Sığorta” ASC 2023-cü ili 1 milyon 86 min manat mənfəətlə başa vurub. Şirkət 2022-ci ildə 574 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 89.2% artım deməkdir.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Meqa Həyat Sığorta”nın cəmi gəlirləri 4 milyon 85 min manat, cəmi xərcləri isə 2 milyon 728 min manat təşkil edib. 2022-ci ildə isə sığorta şirkətinin cəmi gəlirləri 2 milyon 230 min manat, cəmi xərcləri isə 1 milyon 513 min manat olub.
Bu il yanvarın 1-nə “Meqa Həyat Sığorta”nın aktivləri 23 milyon 557 min manat olub ki, bu da 1 il əvvələ 20% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 42% artaraq 10 milyon 688 min manata, balans kapitalı isə 6.3% artaraq 12 milyon 869 min manata çatıb.