9 C
Baku
Monday, November 18, 2024

“Meqa Həyat”ın Müşahidə Şurasına və İdarə Heyətinə təyinatlar olub

“Meqa Həyat Sığorta” ASC-nin Müşahidə Şurasına və İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cəmil Nəzərov Məhəmməd oğlu Müşahidə Şurasının üzvü seçilib.

C.Nəzərov buna qədər “Meqa Həyat”ın İdarə Heyətinin sədr müavini idi.

Digər qərara əsasən, Tural Məmmədxanov Əhmədxan oğlu isə İdarə Heyətinə üzv seçilib.

Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100% payla “Meqa Sığorta”dır.

Son xəbərlər
Digər xəbərlər