15 C
Baku
Wednesday, April 2, 2025

“Meqa Sığorta” 2024-cü il üzrə maliyyə göstəricilərini açıqladı

“Meqa Sığorta” ASC 2024-cü ili 2 milyon 724 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 2 milyon 515 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Meqa Sığorta”nın xalis mənfəəti illik müqayisədə 8.3% artıb.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Meqa Sığorta”nın cəmi gəlirləri 36 milyon 452 min manat, cəmi xərcləri 33 milyon 47 min manat olub. 2023-cü ildə isə sığorta şirkətinin gəlirləri 29 milyon 48 min manat, cəmi xərcləri 25 milyon 910 min manat təşkil edib.

“Meqa Sığorta” ASC-nin hesabladığı sığorta haqları 2023-cü ildə 33 milyon 778 min manat ikən, 2024-cü ildə 35 milyon 941 min manat olub.

Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).

Son xəbərlər
Digər xəbərlər