10 C
Baku
Friday, December 13, 2024

“Meqa Sığorta” bir ildə 5 milyon manata yaxın pul itirib

“Meqa Sığorta” ASC-nin 2022-ci ilin yanvar-noyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət yanvar-noyabr ayında 19.104 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 4.618 mln. manat və ya 19% azalma deməkdir.

Yanvar-noyabrda şirkət tərəfindən ümumilikdə 6.094 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 1.452 min manat və ya 31% çox olub

Son xəbərlər
Digər xəbərlər