“Meqa Sığorta” kiçilməklə bərabər gəlirləri də azalıb

0

“Meqa Sığorta” ASC 2019-ci ilin ilk yarımilliyinə 12,3 mln. manatlıq cəmi gəlir əldə edib, bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17% daha az olması deməkdir.

Banker.az bu barədə Sığorta Şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sığorta Şirkətinin cəmi gəlirlərinin azalması səbəbi bu il sığorta haqlarının azalması olub. Belə ki, hesabat dövründə cəmi 14,75 mln. manatlıq sığorta haqqı yığıb – bu öncəki il 15,34 mln. manat idi.

“Meqa Sığorta”nın ümumi xərcləri hesabat dövrü ərzində 9,45 mln. manat təşkil edib ki, bu da öncəki ildəkindən xeyli az olması deməkdir. Öncəki il sığortaçının xərci 11,67 mln. manat təşkil edirdi. Bununla belə xərclərin azalması Şirkətin xalis mənfəətə çıxmasına kömək ola bilib, 2,28 mln. manat xalis mənfəət edib.

Şirkət son 6 ayda kiçilib

“Meqa Sığorta” ASC-nin cəmi aktivləri ilin əvvəli ilə müqayisədə ilk yarısında 14% kiçilməklə 42,49 mln. manata düşüb. Azalma sığortaçının həm uzunmüddətli (14,12 mln. manat) həm də qısa müddətli (28,37 mln. manat) müşahidə edilir.

Cəmi kapitalı hazırda 23,84 mln. manat təşkil edir, bu ilin əvvəlində 26,06 mln. manat idi. Şirkətin cəmi öhdəlikləri isə 18,64 mln. manatdır.