Azərbaycan Mərkəzi Bankının balansında olan əsas vəsaitlərin sığorta xidmətləri üçün iyunun 8-də elan etdiyi tenderdə qalibiyyət uğrunda bir çox aparıcı sığorta şirkətləri müxtəlif təkliflərlə çıxış ediblər. İştirakçılardan biri olan “Meqa Sığorta” ASC-nin təklifi digərlərindən fərqlənərək şirkətin qalib olmasını təmin edib.
“Meqa Sığorta” ASC-dən AZƏRTAC-a bildiriblər ki, şirkət Azərbaycan Mərkəzi Bankının nağd pulun sığortalanması üzrə açıq tenderinin qalibi elan olunub.
Qeyd edək ki, “Meqa Sığorta” ASC müştərilərə 28 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidmətləri təklif edir.